22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskvadan Kemerovoya uçan təyyarə Novosibirskdə məcburi eniş edib
Tarix: 19-01-2024 07:36 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvadan Kemerovoya uçan "Pobeda" Hava Yollarına məxsus təyyarə Novosibirsk hava limanında məcburi eniş edib.
“Pokrışkin adına Novosibirsk (Tolmaçevo) beynəlxalq hava limanında texniki nasazlıq səbəbindən “Pobeda” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib”, – Qərbi Sibir Nəqliyyat Prokurorluğunun saytında bildirilir.
İdarədən verilən məlumata görə, hazırda təyyarə istismardan çıxarılıb. Qeyd olunur ki, 179 sərnişin Moskvadan Kemerovoya reysin tamamlanmasını gözləyir.
Prokurorluq qeyd edib ki, reysin gecikməsi zamanı sərnişinlərin etibar edilən xidmətlərdən istifadə hüquqlarının müdafiəsi istiqamətində tədbirlər davam etdirilir.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər