22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Ekvatorial Qvineya" yığması "Qvineya-Bisau" yığmasını məğlub edib
Tarix: 18-01-2024 21:25 | Bölmə: Karusel

Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda qrup turnirinin ikinci mərhələsinə start verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, A qrupunun nümayəndələri – "Ekvatorial Qvineya" və "Qvineya-Bisau" milli komandaları ölkənin paytaxtı Abidcanda qarşılaşıblar.
İki "Qvineya" arasındakı mübahisədə "Ekvatoriya" qalib gəldi. Bu Afrika dövlətinin futbolçuları "Qvineya-Bisau" komandasına 4:2 hesabı ilə qalib gəlib.
Komandalar fasiləyə 1:1 hesabı ilə çıxıblar. Amma ikinci hissədə "Ekvatorial Qvineya" komandası üç qol vurub, "Qvineya-Bisau" komandası isə Nijni Novqorodun hücumçusu Ze Turbonun qolu ilə cavab verib. Emilio Nsue qaliblər arasında üç dəfə fərqlənib.
"Ekvatorial Qvineya" yığması 4 xal toplayaraq A qrupunda turnir cədvəlinə başçılıq edib. Turnirin ev sahibi "Fil dişi sahili" yığmasının 3, "Nigeriya" komandasının isə 1 xalı var. "Fil dişi" və nigeriyalılar ikinci mərhələdə oynayacaqlar. "Qvineya-Bisau" komandası hər iki görüşdə məğlub olub.





Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər