22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
BOK Olimpiadadan əvvəl Rusiyadan olan idmançıları yenidən yoxlayacaq
Tarix: 18-01-2024 14:52 | Bölmə: Karusel

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində Rusiya və Belarus idmançıları arasında əlavə yoxlamalar aparacaq. Bunu müstəqil analitiklər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams məlumat verib. “Əvvəllər neytral idmançıların iştirakı ilə keçirilən yarışlar beynəlxalq federasiyaların şərtləri ilə keçirilirdi, biz onların gördüklərindən razıyıq”.
"Lakin, Olimpiadada biz yarışa cavabdehik, buna görə də əlavə uyğunluq meyarlarını ayrıca elan etdik".
Adams həmçinin qeyd edib ki, BOK artıq “layiq reputasiyaya malik” müstəqil analitikləri müəyyənləşdirib təyin etməyə başlayıb. Onun sözlərinə görə, hər bir idmançının kriteriyaları pozmaması üçün onları yoxlayacaqlar.
Xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Dekabr ayında BOK rusların və belarusların yarışlara buraxıldığını elan etdi, lakin yalnız neytral statusda və bir sıra meyarlar yerinə yetirildikdə.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər