22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İkiqat Olimpiya çempionu Vik Uayld Spartakiadanın səfiri oldu
Tarix: 17-01-2024 21:36 | Bölmə: Karusel

Snoubord üzrə ikiqat Olimpiya çempionu Vik Uayld Qış Spartakiadasının səfiri oldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2026-cı il Olimpiya Oyunları üçün yarışlar fevralın 9-dan 18-dək keçiriləcək.
Rusiya Milli Komandalarının İdman Hazırlığı Mərkəzinin (TSSP) direktoru Georgi Bryusov bildirib ki, məşhur rusiyalı snoubordçu Vik Uayld Qış Spartakiadasının səfiri təyin edilib. İdmançı yarışla bağlı müxtəlif tədbirlərdə iştirak edəcək.
Qış Spartakiadası fevralın 9-da başlayır. Müsabiqə fevralın 18-dək davam edəcək. 18 fən üzrə 108 dəst mükafat olacaq. Bundan əlavə, Spartakiada çərçivəsində qış idman növlərinin kütləviləşdirilməsi tədbirləri də keçiriləcək.
ABŞ-da anadan olan Vik Uayld 2012-ci ildə Rusiya vətəndaşlığını alıb. 2014-cü il Soçi Olimpiadasında Vik Uayld paralel slalomda 2 qızıl medal qazandı. Uayld həm də 2022-ci il Olimpiadasının bürünc mükafatçısıdır.





Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər