22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskva vilayətində xokkeyçilərin olduğu avtobus atəşə tutulub
Tarix: 17-01-2024 20:09 | Bölmə: Karusel

"SKA-Kareliya" xokkeyçiləri naməlum şəxslərin hücumuna məruz qalıb. Moskva vilayətində Gənclərin Xokkey Liqasının çempionat matçından sonra komandanın getdiyi avtobus atəşə tutulub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "SKA-Kareliya" klubunun xokkeyçilərindən və heyətindən heç kim xəsarət almayıb. Komanda sağ-salamat vətənə qayıdıb.
MHL-in “SKA-Kareliya” klubu Balaşixada “Rus cəngavərləri” komandası ilə oyun keçirib. Oyundan sonra Entuziastov şossesi ərazisində əcnəbi maşın klub avtobusuna yaxınlaşdı. Travmatik tapançadan sürücüyə doğru bir neçə atəş açılıb.Ön şüşə zədələnib.
Hücum edənlər avtomobillə qaçıblar. Atışma ilə bağlı cinayət işi açılıb.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər