22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Makronun Rusiya təhlükəsi ilə bağlı sözləri fransızların xoşuna gəlməyib
Tarix: 17-01-2024 12:27 | Bölmə: Karusel

Emmanuel Makron bildirib ki, Rusiyanın Kiyev rejimi üzərində qələbəsi Avropanın təhlükəsizliyini təhdid edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı mətbuat konfransında Fransa prezidenti vurğulayıb ki, Rusiya Federasiyasının hərəkətləri beynəlxalq nizamın müəyyən edilmiş qaydalarının məhvinə gətirib çıxaracaq.
“Baltikyanı dostlarımız üçün isə bu mümkün deyil”, – Makron deyib.
RİA Novosti yazır ki, Fransa vətəndaşları liderlərinin sözlərini bəyənməyiblər. Le Figaro-da dərc olunan məqaləyə şərhlərdə onlar Makrondan Ukraynaya silah tədarükünü dayandırmağı tələb ediblər. Fransızlar hesab edirlər ki, sülhə gedən yol Rusiyanı təhrik etməkdən və münaqişəni qızışdırmaqdan imtina etməkdir.
Bundan əvvəl Makron Ukraynaya SCALP raketləri, yüzlərlə bomba və "Sezar" özüyeriyən silahlar tədarük etdiyini açıqlamışdı.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər