22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Mi-8" hərbi helikopteri Bişkek ətrafında qəzaya uğrayıb
Tarix: 17-01-2024 11:40 | Bölmə: Karusel

Yanvarın 17-si çərşənbə günü səhər Qırğızıstanın Bişkek şəhərinin kənarında hərbi helikopterin iştirakı ilə təyyarə qəzası baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, "Mi-8" vertolyotu paytaxtın Dostuk mikrorayonundan uzaqda, "Frunze-1" aviabazasının ərazisində qəzaya uğrayıb.
Qırğızıstanın Müdafiə Nazirliyi artıq fövqəladə vəziyyət və insan tələfatı faktını tanıyıb, həmçinin insidenti məcburi eniş adlandırıb.
İdarədən bildirilib ki, hadisə təlim uçuşu zamanı baş verib, səbəbləri müəyyənləşdirilir.
Yerli mətbuatın verdiyi qeyri-rəsmi məlumatlara görə, qəza nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər