22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Makron fevralda Kiyevə səfər edəcək
Tarix: 17-01-2024 11:35 | Bölmə: Karusel

Emmanuel Makron bu ilin fevralında Ukraynaya səfər etməyi planlaşdırır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti özü ilə Kiyev rejimi üçün təhlükəsizlik təminatlarına dair ikitərəfli saziş gətirəcək.
Fransa lideri daha sonra deyib ki, Ukraynaya sursat və silah tədarükü davam edəcək. Bir neçə həftə ərzində Ukrayna Silahlı Qüvvələri "40 SCALP" raketi, bir neçə yüz bomba və "Sezar" özüyeriyən silahlar alacaq. Fransa prezidenti bildirib ki, Fransa müharibə iqtisadiyyatına keçib.
Makron bildirib ki, Fransa və Ukraynanın hərbi məhsullara olan tələbatını ödəmək üçün yeni istehsal müəssisələri işə salınacaq.
"Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və bunu etməməliyik, çünki Avropanın və Rusiyanın bütün qonşularının təhlükəsizliyi şübhə altına alınacaq", - Fransa prezidenti deyib.




Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər