22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Yuventus" İtaliya çempionatında "Sassuolo"ya qalib gəlib
Tarix: 17-01-2024 10:45 | Bölmə: Karusel

"Yuventus"un futbolçuları İtaliya çempionatının 20-ci turunda "Sassuolo" üzərində inamlı qələbə qazanıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəqiblər oyunu Turindəki "Alyans-Yuventus" stadionunda keçirib. “Qoca sinyora” üç qolla qalib gəlib.
Qarşılaşma 3:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb. Artıq 15-ci dəqiqədə Duşan Vlahoviç hesabı açıb, 37-ci dəqiqədə yenidən rəqib qapısına zərbə endirib və dubl edib. Matçın 89-cu dəqiqəsində Federiko Kyeza qol vuraraq son nöqtəni qoyub.
Beləliklə, "Yuventus" İtaliya A Seriyasında məğlubiyyətsizlik seriyasını davam etdirir. İndi ardıcıl 15 matçdır (12 qələbə, üç heç-heçə). Maraqlıdır ki, bu, sentyabrda eyni “Sassuolo”ya məğlubiyyətdən az sonra başlayıb.
"Yuventus" 20 turda 49 xal toplayıb və çempionat cədvəlində ikinci yerdə olmaqda davam edir. 19 xalı olan "Sassuolo" 15-ci yerdədir.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər