22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbərinin meyiti tapılıb
Tarix: 16-01-2024 13:26 | Bölmə: Karusel

Moskvada Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri, 74 yaşlı Raisa Lukutsovanın Novoçeremuşkinskaya küçəsindəki mənzilində meyiti tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın əməliyyat xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, yaşlı qadının ölümü cinayət xarakterli deyil. Təsdiqlənməmiş rəsmi məlumatlara görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib.
Raisa Lukutsova 2006-2021-ci illərdə Rusiya Qızıl Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə Rusiyanın ən qədim xeyriyyə təşkilatının keçmiş rəhbəri fırıldaqçılıq ittihamı ilə şərti cəza aldı. O, sanatoriyanın satışında dələduzluqda ittiham olunub. Lukutsovanın özü isə hadisəni “təxribat” adlandırıb.




Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər