22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Avstraliya "Taipan" helikopterlərini Ukrayna əvəzinə, poliqona göndərmək qərarına gəlib
Tarix: 15-01-2024 10:15 | Bölmə: Karusel

Avstraliya hakimiyyəti Kiyev rejiminin onların Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi tələbinə baxmayaraq, istismardan çıxarılan "MRH-90 Taipan" helikopterlərini poliqona göndərmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın almaq istədiyi, istismardan çıxarılan "Avstraliya MRH-90 Taipan" helikopterləri poliqona göndərilir. Bu barədə ABC telekanalı məlumat yayıb.
Açıqlandığı kimi, ötən ilin sentyabrında helikopterlər daim aşkar edilən texniki nasazlıqlara görə vaxtından əvvəl istismardan çıxarılıb. Ukrayna “təyyarənin təhlükəsizliyi və istismarı ilə bağlı sənədləşdirilmiş problemlərə baxmayaraq” 19 dekabr 2023-cü ildə bu helikopterlər üçün rəsmi müraciət edib.
Eyni zamanda, Kiyev Avstraliyadan 45 belə hərbi helikopter almağı planlaşdırırdı.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Ukrayna hərbçiləri Rusiya hədəflərinə hücum etmək üçün Avstraliyadan alınan dronlardan istifadə edir.




Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər