22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrailli futbolçu Qəzzada əməliyyata dəstək verdiyi üçün Türkiyədə saxlanılıb
Tarix: 15-01-2024 09:50 | Bölmə: Karusel

Türkiyənin "Antalyaspor" klubunun israilli yarımmüdafiəçisi Saqiv Yehezkel ictimaiyyət qarşısında düşmənçilik və nifrət salmaqda ittiham olunub.
“Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel ictimaiyyətdə düşmənçilik və nifrət salmaq ittihamı ilə saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bəyanat verib.
O qeyd edib ki, Antalya Baş Prokurorluğu İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyinə görə Saqiv Yehezkelə qarşı məhkəmə prosesi başlayıb.
Daha əvvəl “Trabzonspor”la matçda qol vurduqdan sonra israilli “ 100 gün sarğıısnı nümayiş etdirib. Belə ki, futbolçu Qəzza zolağında keçirilən hərbi əməliyyatda Təl-Əvivə dəstək olub. Klub Yehezkeli hücumçunun "ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyini" bildirərək, onu oyunlardan uzaqlaşdırıb.




Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər