22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Daria Kasatkina Rusiyanın birinci raketkası titulunu qaytarıb
Tarix: 14-01-2024 16:00 | Bölmə: Karusel

Qadın Tennis Assosiasiyası təşkilatının yenilənmiş reytinqini dərc edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı Daria Kasatkina 13-cü yerə yüksəlib.
26 yaşlı tennisçi 2778 xal toplayaraq həmyerlisi Lyudmila Samsonovaya (14-cü yer, 2760 xal) qalib gəlib. Beləliklə, Kasatkina yenidən Rusiyanın birinci raketkasi olub.
Polşalı İqa Sviatek WTA reytinqində birinci yerdə qalır. Onun 9880 xalı var. Sonrakı yerləri belaruslu Arina Sabalenka (8905) və qazaxıstanlı Yelena Rıbakina (6918) tutur.
Daha beş rusiyalı ilk 50-liyə daxil olub. Veronika Kudermetova, Yekaterina Aleksandrova, Anastasiya Potapova, Anastasiya Pavlyuçenkova və Mirra Andreeva müvafiq olaraq 17, 20, 29, 46 və 47-ci yerdədir.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər