22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Monako" - "Reyms" matçında Qolovin məhsuldar ötürmə edib
Tarix: 13-01-2024 22:28 | Bölmə: Karusel

“Monako” futbolçuları Fransa çempionatında evdə “Reyms”ə qalib gələ bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moneqasklılar 1:3 hesabı ilə məğlub olublar.
Qolları qonaqlar Teddi Teuma (35-ci dəqiqə), Reda Xadra (55-ci dəqiqə) və Azor Matusivadan (90+6) vurub. Meydan sahiblərinin heyətində rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin assistentlik etdiyi Vissam Ben Yedder (49-cu) fərqlənib.
Rusiyalı futbolçu Liqa 1-in cari mövsümündə 16 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Monako” 33 xalla Fransa çempionatında üçüncüdür. Reyms 29 xalla 5-ci yerdədir.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər