22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Çelsi" "Fulhem"i penaltilərlə məğlub edib
Tarix: 13-01-2024 20:25 | Bölmə: Karusel

Londonda futbol üzrə İngiltərə çempionatının 21-ci turunun "Çelsi" - "Fulhem" görüşü baş tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Bu görüşdə yeganə qol ilk hissəyə əlavə olunmuş dördüncü dəqiqədə vurulub. Penaltini Koul Palmer qola çevirdi. London komandası Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazanıb.
31 xal toplayan "Çelsi" Premyer Liqanın turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. 24 xalı olan "Fulhem" 13-cü yerdədir.




Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər