22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Sevilya" La Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb
Tarix: 13-01-2024 13:45 | Bölmə: Karusel

Futbol üzrə İspaniya çempionatının 20-ci turunun matçında "Sevilya" "Alaves"ə 2:3 hesabı ilə uduzub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, matçın gedişində 0:2-dən geri dönən “qırmızı-ağlar” qarşıdurmanın sonlarında daha bir qol buraxıb.
Qaliblərin qollarını Nahuel Tenalya (26-cı dəqiqə), Kike (40) və Ruben Duarte (90), meydan sahiblərinin qollarını isə Rafael Mir (70) və Lukas Okampos (82) vurub.
“Sevilya” ardıcıl üçüncü məğlubiyyətini alıb və 16 xalla turnir cədvəlinin 16-cı pilləsində, “Alaves” isə 4 xalla 13-cü pillədə qərarlaşıb.




Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər