22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Hakim Naumov oyun zamanı “Avanqard”ın məşqçisi Kravetsə qarşı kobudluq edib
Tarix: 12-01-2024 21:18 | Bölmə: Karusel


Baş hakim Denis Naumov “Avanqard”ın baş məşqçisi Mixail Kravetsi ədəbsizcə söyüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, “Avanqard” - "Amur" matçında baş verib.
Bir epizodda məşqçi iki əsas hakimdən birinə sual verməyə çalışıb. Lakin 41 yaşlı Naumov nalayiq sözlər əlavə edərək ona qışqırdı: “Ağzını bağla”.
Oyundan sonra Kravets deyib ki, görünür, hakimin hələ də məşqçiyə qarşı kin saxlayıb. "Hər şey hakimlərin vicdanındadır. Təəssüf ki, bu adam mənim tələbəmdir, mənim komandamda oynayıb", - "Çempionat.com" Kravetsdən sitat gətirir.
Xatırladaq ki, “Avanqard” səfərdə 3:2 hesabı ilə “Amur”dan güclü olub.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər