22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
NATO Ukraynaya milyardlarla avro yardım vəd edib
Tarix: 10-01-2024 22:36 | Bölmə: Karusel

NATO ölkələri 2024-cü il üçün Ukraynaya milyardlarla avro dəyərində geniş hərbi və iqtisadi yardım vəd edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının bəyanatında deyilir. Brüsseldə səfirlər səviyyəsində görüş baş tutub. Bununla belə, sənəddə yeni silah ehtiyatları barədə məlumat yoxdur. Bundan əlavə, Kiyevə nə qədər pulun köçürüləcəyi dəqiq göstərilmir.
NATO ölkələri də Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək edəcəklərini vəd ediblər.
Bundan əvvəl Vladimir Zelenski Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə keçirdiyi mətbuat konfransında Şimali Atlantika Alyansından ölkənin təşkilata üzvlüyü ilə bağlı ən azı bir konkret addım gözlədiyini bildirib.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər