22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Real Madrid" "Bavariya"nın müdafiəçisi Devisi heyətinə qatmağa hazırlaşır
Tarix: 09-01-2024 16:30 | Bölmə: Karusel

"Real Madrid" transfer bazarında daha bir hədəfini müəyyənləşdirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kral klubu "Bavariya"nın müdafiəçisi Alfonso Davisi dəvət edəcək.
Alfonso Daviesin "Bavariya" ilə müqaviləsi 2025-ci ilə qədərdir. 23 yaşlı kanadalının təxmini dəyəri 70 milyon avrodur.
"Çempionat.com" xəbər verir ki, "Real Madrid" təmsilçiləri Devislə əlaqə saxlayıb və ondan "Bavariya" ilə müqaviləni yeniləməməsini istəyiblər. Yayda Madrid klubu futbolçunun alınması ilə bağlı Münhen komandası ilə danışıqlar aparmağa çalışacaq.
Alphonso Davies bu mövsüm "Bavariya"nın heyətində 14 oyun keçirib. Kanadalının 3 məhsuldar ötürməsi var.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər