22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Oreldəki neft anbarı pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Tarix: 09-01-2024 16:18 | Bölmə: Karusel

Çərşənbə axşamı, yanvarın 9-da günortadan sonra Oreldəki neft bazasında fövqəladə hadisə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Oryol vilayətinin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, pilotsuz təyyarələr yanacaq-energetika kompleksinin obyektinə hücum edib.
Rayon rəhbəri “iki pilotsuz uçuş aparatının düşməsinə” aydınlıq gətirib.
Hadisə nəticəsində yanğın baş verib. Son məlumatlara görə, tez bir zamanda lokallaşdırıldı.
"Fövqəladə hallar xidməti hadisə yerində işləyir, vəziyyət tam nəzarət altındadır", - Andrey Klıçkov bildirib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər