22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yaponiyanın keçmiş baş nazirinin evi yanıb
Tarix: 09-01-2024 11:08 | Bölmə: Karusel

Təxminən 800 kvadratmetr ərazini əhatə edən yanğın Yaponiyanın keçmiş baş nazirinin iqamətgahını məhv edib və Tokionun mərkəzindəki qonşu binaya keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti agentliyi bazar ertəsi günortadan sonra Yaponiya paytaxtının mərkəzində baş verən insidentlə bağlı məlumat yayıb. İlkin məlumatlara görə, keçmiş baş nazir Kakuei Tanakanın iqamətgahında yanğına buxur çubuqları səbəb olub.
Yanğın yaşayış evinin ikimərtəbəli binasını demək olar ki, tamamilə, yaxınlıqdakı birmərtəbəli binanı isə qismən yanıb.
Yanğının söndürülməsində 20 yanğınsöndürən iştirak edib, yanğının söndürülməsinə təxminən iki saat vaxt sərf olunub. Çərşənbə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər yanğın nəticəsində dəymiş ziyanı qiymətləndirməyə başlayacaqlar.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər