22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bloomberg": Səudiyyə Ərəbistanı neft qiymətlərini aşağı salacaq
Tarix: 07-01-2024 23:09 | Bölmə: Karusel

"Bloomberg" xəbər agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı bütün regionlarda neftin qiymətini aşağı salacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Ər-Riyad üçün əsas Asiya bazarına da təsir edəcək.
Agentliyin məlumatına görə, “Arab Light” markalı neftin bir barreli 1,5-2 dollar ucuzlaşacaq. Saudi Aramco artıq Avropanın şimal-qərbi, Aralıq dənizi və Şimali Amerika ölkələrinə fevral ayı tədarüklərinə endirim edib.
Qiymətlərin enməsi onunla əlaqədardır ki, neft istehlakı adətən fevral və mart aylarında azalır.
Daha əvvəl bildirilmişdi ki, İraq 2024-cü ildə neft məhsullarının idxalından tamamilə imtina etmək niyyətindədir.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər