22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Mançester Yunayted" icarəyə götürdüyü "Reqilo"nu vaxtından əvvəl "Tottenhem"ə qaytaracaq
Tarix: 04-01-2024 20:32 | Bölmə: Karusel

"Mançester Yunayted" ispan müdafiəçisi Serxio Reqilonla icarə müqaviləsini ləğv edib. İndi müdafiəçi futbolçunun hüquqlarına sahib olan "Tottenhem"ə qayıdacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted"in rəsmi saytında Reqilonla əməkdaşlığa vaxtından əvvəl xitam verildiyi bildirilir. Klubun mətbuat xidməti aydınlaşdırır ki, müqavilədə futbolçunun vaxtından əvvəl “Tottenhem”ə qayıdacağı bəndi aktivləşdirilib.
Əvvəlcə onun icarəsi 2024-cü ilin iyun ayına kimi hesablanıb. Bu mövsüm Reqilon "Yunayted"in heyətində bütün yarışlarda 12 oyun keçirib və heç bir qol vurmayıb.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər