22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
248 rusiyalı hərbçi Ukrayna əsirliyindən qayıdıb
Tarix: 03-01-2024 21:06 | Bölmə: Karusel

Yanvarın 3-də 248 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşlarının Ukrayna əsirliyindən geri qaytarılması mürəkkəb danışıqlar prosesi nəticəsində, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilikdə iştirakı sayəsində mümkün olub.
Həbsdən azad edilmiş hərbi qulluqçulara lazımi tibbi və psixoloji yardım göstərilir.
Onların hamısı müalicə və reabilitasiya üçün VKS hərbi-nəqliyyat təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırılacaq.
Ötən ilin iyununda 94 rusiyalı hərbçi Ukrayna əsirliyindən qayıdıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi əsirlikdə onların ölüm təhlükəsi ilə üzləşdiyini qeyd edib.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər