22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Almaniyada elektrik və qaz qiymətləri artıb
Tarix: 03-01-2024 18:24 | Bölmə: Karusel

E.ON enerji konserninin rəhbəri Leonhard Birnbaum "Rheinische Post" qəzetinə müsahibəsində bildirib ki, Almaniyada sakinlər və müəssisələr elektrik enerjisi və qazın qiymətinin növbəti dəfə artımını gözləyirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qiymətlərin qalxmasına büdcə böhranı, tənəzzül, qaza ƏDV-nin artırılması, qiymət həddinin ləğvi səbəb olub. "Bu, istehlakçılar üçün yaxşı siqnal deyil"- top menecer deyib.Büdcə böhranı ilə əlaqədar olaraq, qiymət subsidiyaları, enerjiyə qiymət tormozları ləğv edilməli idi.
Almaniya büdcə çətinliklərinə baxmayaraq Ukraynaya yardımı dayandırmayacaq, bu ölkədə reytinqi fəlakətli şəkildə aşağı düşmüş Almaniya kansleri Olaf Şolts Sosial Demokrat Partiyasının (SPD) regional qurultayında bildirib. Onun sözlərinə görə, Berlin Kiyev rejimini dəstəkləmək və “müharibənin iqtisadi nəticələrini yumşaltmaq” üçün “hər şeyi edəcək”.
Bundan əvvəl Almaniya Federal Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin on milyardlarla avronun iki fond arasında yenidən bölüşdürülməsinə dair qərarını qeyri-legitim elan edib. Söhbət 2021-ci ildə baş verən hadisələrdən gedir, o zaman Şolts hökuməti Covid ilə mübarizə aparmaq üçün nəzərdə tutulan 60 milyard avronu başqa layihələrə yönləndirir. Bu məhkəmə qərarı ilə əlaqədar Almaniya Maliyyə Nazirliyi büdcədən demək olar ki, bütün ayırmaları dondurmaq qərarına gəlib.
Almaniya kansleri Olaf Şolts 2024-cü ildə istefa verə bilər, "La Repubblica" və "Bild" yazır. Almaniya ictimaiyyətinin Almaniya Sosial Demokrat Partiyasına inamı kəskin şəkildə azalıb. Kanslerin partiyasına dəstək səviyyəsi 2023-cü ilə nisbətən 5% azalaraq 15%-ə düşüb.Onun yerinə Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun keçəcəyi gözlənilir - o, hazırda Almaniyanın ən populyar siyasətçisidir.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər