22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kiyevdə Zelenskinin geyindiyi geyim fabrikinə ziyan dəyib
Tarix: 03-01-2024 18:09 | Bölmə: Karusel



Ukraynanın hərbi geyim istehsalçısı “M-Tas” yanvarın 2-də Kiyevdəki istehsalat obyektlərinə və anbarlarına ziyan vurulduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün media və Ukrayna paytaxtının meri hava hücumu xəbərdarlığı elan edildikdən sonra şəhərdə bir sıra partlayışların baş verdiyini bildirib.
Facebook sosial şəbəkəsindəki "M-Tas" səhifəsində (Rusiya Federasiyasında qadağandır) istehsal və anbar obyektlərinin qismən zədələndiyi və qismən dağıldığı bildirilir. Şirkət zərərin miqyasını müəyyən edərək, mövcud malları müştərilərə göndərməyə və ya pul vəsaitlərini geri qaytarmağa başlayacağını vəd edir.
2014-cü ildə Ukraynada yaradılan "M-Tas" brendinin taktiki geyimini yüksək vəzifəli Ukrayna rəsmiləri, o cümlədən prezident Vladimir Zelenski, prezident aparatının rəhbəri Andrey Yermak və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı geyinir.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər