22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İranda qəbiristanlıq yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı 73-ə çatıb
Tarix: 03-01-2024 17:52 | Bölmə: Karusel

Son məlumatlara görə, iranlı general Süleymaninin məzarı başında yas mərasimi zamanı baş verən partlayışlarda 73 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Tasnim" xəbər agentliyinin məlumatına görə, ölənlər arasında 6 uşaq da var. Daha 171 nəfər yaralanıb. İranın cənubundakı Kirman şəhərində insident çərşənbə günü baş verib. İnsanlar İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda matəm tədbirinə toplaşıb.
Təxminən saat 15:00-da birinci partlayış, 13 dəqiqə sonra ikinci partlayış baş verib. İranlı jurnalistlərin məlumatına görə, hücum edənlər içərisində bomba olan iki çantanı pult vasitəsilə partladıblar. Yerli hakimiyyət hadisəni terror aktı kimi qiymətləndirib.
Qasem Süleimani 3 yanvar 2020-ci ildə Bağdadda ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində öldürülüb. Generalın dəfn olunduğu gün mətbuatda dəfn mərasimi zamanı yaranan izdiham zamanı onlarla insanın öldüyü barədə məlumatlar yayılıb.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər