22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
ÇSKA-nın qapıçısı Suriya milli futbol komandasına çağırılıb
Tarix: 02-01-2024 21:01 | Bölmə: Karusel

ÇSKA-nın gənclərdən ibarət qapıçısı Maksim Sarraf Suriya millisinə çağırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı qolkiper Asiya Kubokunda iştirak edəcək.
Yanvarda Qətərdə Asiya Kuboku keçiriləcək. Suriya millisinin qrup turnirindəki rəqibləri Avstraliya, Özbəkistan və Hindistan komandaları olacaq.
Suriya millisinin heyətində ÇSKA-nın məzunu Maksim Sarraf yer alıb. Maksim özü Moskvada doğulub böyüyüb və heç vaxt Suriyada olmayıb. Lakin gənc futbolçunun atası suriyalıdır. Buna görə də Maksimin Rusiya vətəndaşlığı ilə yanaşı Suriya vətəndaşlığı da var ki, bu da ona tarixi vətəninin millisində oynamaq hüququ verir.
Maksim Sarrafın ÇSKA-ya Gənclər Futbol Liqası çempionatında iştirak edəcəyi açıqlanıb. Lakin o, bu mövsüm hələ meydana çıxmayıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər