22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kazemiro “Mançester Yunayted”dən ayrılır
Tarix: 02-01-2024 18:54 | Bölmə: Karusel

Yarımmüdafiəçi Kasemiro “Mançester Yunayted”dən ayrılmağa yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı braziliyalının yenidən İngiltərə klubunda oynamayacağı ehtimalı yüksəkdir.
Kazemironun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Lakin futbolçu qış transfer pəncərəsində satılacaq.
"Çempionat.com"-un ingilis jurnalist Robert Keyesə istinadən verdiyi məlumata görə, onlar Kazemironu Səudiyyə Ərəbistanında görmək istəyirlər. Bununla belə, "Paris Saint-Germain" braziliyalı uğrunda mübarizəyə müdaxilə edə bilər. Futbolçunun özü də komandanın dəyişməsində maraqlıdır.
Bu mövsüm Kazemiro tez-tez meydanda olmayıb. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 8 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər