22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Çeçenistanda yeni şəhər yaranıb
Tarix: 01-01-2024 23:37 | Bölmə: Karusel

Çeçenistanda Oysxar şəhəri peyda oldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qanunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında bildirib.
Verxne-Noyberskoye, Nijne-Noyberskoye və Oysxarskoye kənd yaşayış məntəqələrinin daxil olduğu Oysxarskoye şəhər qəsəbəsi şəhər statusu aldı.
Respublikanın hakimiyyət orqanları biznes üçün əlverişli şərait yaratmaqla onun inkişafına kömək edəcəklər. Kadırov şəhər sakinlərini təbrik edib və Oysxarın Çeçenistanın fəxrinə çevriləcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Kadırov Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün bülletenə imza atıb. Onun sözlərinə görə, SVO zamanı “bizim xalqımızı xilas edə biləcək başqa adamımız yoxdur”.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər