22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Saxalində evakuasiya olmayacaq
Tarix: 01-01-2024 17:31 | Bölmə: Karusel

Saxalində evakuasiya tələb olunmur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gözlənilən dalğanın hündürlüyü 0,5 m-dən çox olmayacaq, Saxalin Fövqəladə Hallar Nazirliyi bildirir.
Daha əvvəl sunami təhlükəsi ilə əlaqədar cənub-qərb sahilində evakuasiya barədə məlumat verilmişdi. İndi təhlükəli dalğaların yaxınlaşması gözlənilmir, dalğanın yarım metr hündürlüyü əhalinin həyatı üçün təhlükə yaratmır.
Primoryedə sunami dalğası təsirsiz ötüşdü.
Xabarovsk diyarında sunami təhlükəsi elan edilib. Sahil ərazilərində dalğanın hündürlüyü 0,33 m təşkil edəcək.Əhalinin təxliyəsi tələb olunmur.
Bundan əvvəl Yaponiyada 7,6 bal gücündə silsilə zəlzələlər barədə məlumat verilmişdi. Zəlzələnin mərkəzi Honsyu adasındakı İşikava prefekturasında yerləşib. Yeraltı təkanlar Tokio, Kyoto, Osaka və bir sıra digər şəhərlərdə də hiss olunub.
Zəlzələdən sonra Niiqata, Toyama, İşikava, Fukui və Hyoqo prefekturaları üçün sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü üç metrə çata bilər, bəzi hallarda beş metrlik sunami də mümkündür.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər