22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tətil günlərində Rusiya səmasını 20 minə yaxın hərbçi qoruyacaq
Tarix: 31-12-2023 13:18 | Bölmə: Karusel

Yeni il bayramlarında Rusiya səmasını Rusiya Aerokosmik Qüvvələrinin 20 minə yaxın hava hücumundan müdafiə və raketdən müdafiə hərbçisi qoruyacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanvarın 1-nə keçən gecə 1-ci Xüsusi Təyinatlı Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Aerokosmik Qüvvələrinin 1800-dən çox hərbi qulluqçusu da döyüş növbəsinə çıxacaq.
Rusiya Müdafiə Nazirliyinin bazar günü verdiyi məlumata görə, hava hücumundan müdafiə həm bayram, həm də istirahət günlərində təmin ediləcək.
Hava məkanını qorumaq üçün zenit-raket kompleksləri, radarlar və hava hücumundan müdafiə nəzarət və komanda məntəqələrindən istifadə olunur.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər