22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskva metrosunda qatarların hərəkəti relslərdə olan şəxsə görə dayandırılıb
Tarix: 29-12-2023 21:53 | Bölmə: Karusel

Cümə günü axşam saatlarında Moskva metrosunun boz xəttində sərnişinin relslərə yıxılması səbəbindən qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, paytaxtın Nəqliyyat Departamentindən verilən məlumata görə, dekabrın 29-da axşam saatlarında Serpuxovsko-Timiryazevskaya xəttində (9) bir nəfərin relslərə ilişməsi ilə əlaqədar Yujnaya-Serpuxovskaya stansiyası istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Əks istiqamətdə qatarlar artırılmış fasilələrlə hərəkət edirdi. TASS xəbər verir ki, sərxoş sərnişin relslərin üzərinə düşüb. Adamı platformaya qaldırıblar, sağdır. 20 dəqiqə ərzində nəqliyyatın hərəkəti bərpa olunub.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər