22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Arsenal" Premyer Liqada öz meydanında "Vest Hem"ə uduzub
Tarix: 29-12-2023 10:23 | Bölmə: Karusel

İngiltərə Premyer Liqasının 19-cu turunda Londonun "Arsenal" klubu doğma arenada "Vest Hem"ə uduzub - 0:2. "Çəkicçilər" üçün bu qələbə ölkə çempionatında ardıcıl üçüncü olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər 13 və 55-ci dəqiqələrdə fərqlənən Tomas Soucek və Konstantinos Mavropanosun qollarına imza atıb.
İngiltərə çempionatının son beş oyununda iki məğlubiyyətlə üzləşən “Arsenal” 40 xalla turnir cədvəlində ikinci, “Vest Hem” isə 33 xalla altıncı pillədə qərarlaşıb.
Paralel oyun günü keçirilən görüşdə Londonun "Tottenhem"i səfərdə "Brayton"a 2:4 hesabı ilə uduzub.
Qağayılar ilk hissədən sonra 4-0 öndə idilər, Joao Pedro dubl, Cek Hinşelvud və Pervis Estupinyan isə hərəyə bir qol vurdular. Matçın ikinci hissəsində Alexo Veliz və Ben Devis "Spurs"un qollarına imza atıb.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər