22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Safonov dünyanın ən bahalı 25 qapıçısı siyahısına daxil olub
Tarix: 28-12-2023 16:31 | Bölmə: Karusel


“Krasnodar”ın qapıçısı Matvey Safonov dünyanın ən bahalı qapıçıları reytinqində 25-ci yeri tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun dəyəri 2 milyon avro artıb.
"Bulls"un 24 yaşlı qapıçısı 27-ci yerdən 25-ci yerə yüksəlib. Reytinqi “Transfermarkt” internet portalı dərc edib. Safonov 18 milyon avro dəyərində qiymətləndirilir.
Reytinqin lideri “Portu”nun qapıçısı Dioqo Kostadır (45 milyon). Ondan sonra "Milan"ın futbolçusu Mik Menyan (44) və "Paris Sen-Jermen"in futbolçusu Canluici Donnarumma (40) gəlir.
Bu mövsüm Safonov "Krasnodar"ın heyətində 18 oyun keçirib, 12 qol buraxıb. Səkkiz oyunda qapısını toxunulmaz saxlaya bilib.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər