22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Panama yük daşıyıcısı Qara dənizdə minaya düşüb
Tarix: 28-12-2023 15:16 | Bölmə: Karusel

Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin məlumatına görə, Panama bayrağı altında üzən yük daşıyan gəminin Qara dənizdə mina partlaması nəticəsində iki dənizçi yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gəmi taxıl yükləmək üçün Dunaydakı limanlardan birinə gedirdi, lakin partlayışdan sonra idarəetməni itirib və yuxarı göyərtədə yanğın başlayıb. Kapitan kömək üçün işarə verdi və yük daşıyıcısını qum sahilinə düzəltdi. Oraya yedək gəmiləri göndərildi ki, gəmini limana çatdırsınlar.
Xəsarət alan dənizçilərdən biri müayinə olunmaq üçün xəstəxanaya çatdırılıb, ikinciyə isə yerindəcə tibbi yardım göstərilib.
Ukrayna nümayəndələri iddia edirlər ki, Panama yük daşıyıcısı Rusiya minası tərəfindən partladılıb, lakin bununla bağlı etibarlı sübut yoxdur. Əvvəllər Ukrayna Hərbi Dəniz Qüvvələri Odessa, Oçakov, Çernomorsk və Yujnı limanları yaxınlığında 400-dən çox mina quraşdırıb, onların bəziləri tufanlar zamanı sıradan çıxıb.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər