22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Şəhər Dumasının deputatı ölü tapılıb
Tarix: 28-12-2023 11:21 | Bölmə: Karusel

Tümen vilayətində Tobolsk Şəhər Dumasının deputatı Vladimir Eqorovun ölüm şəraiti aydınlaşdırılır, onun meyiti yaşayış binasının həyətində tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, deputat Kedrovaya küçəsindəki evinin üçüncü mərtəbəsinin pəncərəsindən yıxılıb. Kişinin meyiti həyətdə tapılıb.
İstintaq Komitəsinin Tümen vilayəti üzrə istintaq idarəsi TASS-a Eqorovun ölümü ilə bağlı aparılan araşdırma barədə məlumat verib.
Eqorov yeddinci çağırış Tobolsk Şəhər Dumasının sədr müavini idi.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər