22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Mançester Yunayted” səfərdə “Aston Villa”ya 0:2 hesabı ilə qalib gəlib
Tarix: 27-12-2023 12:27 | Bölmə: Karusel

Futbol üzrə İngiltərə çempionatının 19-cu turunun matçında “Mançester Yunayted” doğma stadionu “Old Trafford”un meydanında “Aston Villa” üzərində əzmkar qələbə qazanıb – 3:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş ərzində qonaqlar 2:0 öndə olsalar da, üstünlüyünü qoruya bilməyiblər. "Villa"nın qollarını Con Makginn (21-ci dəqiqə) və Leander Dendonker (26-cı dəqiqə) vurub.
Matçın qalibləri arasında Alejandro Qarnaço dubla (59, 71), Rasmus Hoylund isə bir dəfə (82) fərqlənib.
“Aston Villa” Premyer Liqada 7 matçlıq məğlubiyyətsizlik seriyasını kəsib (beş qələbə, iki heç-heçə) və 39 xalla turnir cədvəlinin üçüncü pilləsində, “Mançester Yunayted” isə 31 xalla altıncı yerdədir.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər