22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İngiltərə çempionatında "Liverpul" liderliyə yüksəlib
Tarix: 27-12-2023 12:21 | Bölmə: Karusel

İngiltərə Premyer Liqasının 19-cu turunda "Liverpul" səfərdə "Bernli"ni 2:0 hesabı ilə məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanın qalibləri müvafiq olaraq 6-cı və 90-cı dəqiqələrdə fərqlənən Darvin Nunes və Dioqo Jotanın qollara imza atıblar.
"Liverpul" 42 xalla turnir cədvəlində birinci yeri tutub və 19-cu tur matçını cümə axşamı "Vest Hem"ə qarşı keçirəcək "Arsenal"ı iki xal qabaqlayıb.
Yurgen Kloppun komandası Premyer Liqada məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb - yeddi qələbə, beş heç-heçə.
"Bernli" 11 xalla 19-cu yerdədir.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər