22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Krımın rəhbəri Feodosiya limanına hücumdan danışıb
Tarix: 26-12-2023 09:10 | Bölmə: Karusel

Sergey Aksenov Ukraynanın Krım yarımadası ərazisinə endirdiyi zərbənin nəticələri barədə məlumat verib.
Region rəhbərinin sözlərinə görə, çərşənbə axşamı gecə Ukrayna Silahlı Qüvvələri Feodosiya bölgəsində hücum həyata keçirib. Partlayış və yanğın olub. Hazırda partlayış dayandırılıb və yanğın lokallaşdırılıb. Əməliyyat və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerindədir.
Limanın ərazisi mühasirəyə alınıb. Bir neçə evin sakinləri çıxarılacaq. Sergey Aksenov bildirib ki, vəziyyəti şəxsi nəzarətində saxlayır, sakit olmağı və yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edir.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər