22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Şimal Gəmiqayırma Zavoduna baş çəkəcək və Şoyqu ilə ayrıca görüş keçirəcək
Tarix: 25-12-2023 16:27 | Bölmə: Karusel

Bazar ertəsi Vladimir Putinin  Sankt-Peterburqdakı "Severnaya Verf" gəmiqayırma zavoduna gəlişi gözlənilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı “Admiral Qolovko” freqatında bayraq qaldırma mərasimində iştirak edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putini səfərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və baş nazirin müavini Denis Manturov müşayiət edəcək.
Videobağlantı vasitəsilə Putin həmçinin “Naro-Fominsk” kiçik raket gəmisində və dəniz minaaxtaran “Lev Çernavin”də bayraqların qaldırılmasında iştirak edəcək. Hər iki gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinə daxil olacaq.
Dövlət başçısı gəmiqayırma zavoduna səfəri zamanı müdafiə naziri ilə ayrıca görüş keçirəcək.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər