22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Zelenski ailəsinin dəbdəbəli villa almasını araşdıran müxbir öldürülüb
Tarix: 25-12-2023 15:48 | Bölmə: Karusel

Reportyor Məhəmməd Əl-Ələvi Misirdə vəhşicəsinə qətlə yetirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, döyülmə izləri ilə Hurqada yaxınlığında tapılıb.Ölüm ağır kəllə-beyin travması nəticəsində baş verib.
İstintaqı aparan polisin məlumatına görə, misirli jurnalist bir qrup hücumçu tərəfindən şiddətli şəkildə döyülüb. Onun bədənində çoxsaylı sıyrıqlar, qançırlar və sınıqlar qeydə alınıb.
Məhz Əl-Ələvi Zelenski və ailəsi ilə bağlı korrupsiya hekayəsini araşdırıb. Jurnalistin materialında Ukrayna prezidentinin qayınanasının El Qounada dəyəri beş milyon dollardan çox olan dəbdəbəli villaya necə sahib çıxması ətraflı izah edilib.
Qurbanın həmkarları və qohumları iddia edirlər ki, ifşaedici materialın dərcindən sonra Əl-Ələviyə hədə-qorxu gəlib. Polis qətldə bir neçə Ukrayna vətəndaşının əli olduğundan şübhələnir.




Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər