22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mbappe PSJ ilə müqaviləsini başa vuracaq
Tarix: 24-12-2023 20:04 | Bölmə: Karusel

"Paris Saint-Germain"-in və Fransa millisinin hücumçusu Kilian Mbappe paytaxt klubunda çıxışını davam etdirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, növbəti transfer pəncərəsində klub qeydiyyatını dəyişməyəcək.
Bu barədə "Sport.es portalı məlumat yayıb. Mənbənin sözlərinə görə, 25 yaşlı hücumçu öz adı və gələcək taleyi ilə bağlı lazımsız informasiya səs-küyünün və çoxlu sayda söz-söhbətin qarşısını almaq niyyətindədir.
PSJ və Mbappe razılığa gəliblər ki, futbolçu transfer pəncərəsi açılan yanvarda başqa kluba transferi üzərində işləməyəcək. Və bu, müqavilənin bitməsinə altı ay qalmış oyunçuların digər klublarla danışıqlara başlamaq hüququna malik olmasına baxmayaraq.
Xatırladaq ki, ötən yay media Mbappenin "Real Madrid"ə yaxınlaşan transferi ilə bağlı fəal şəkildə xəbərlər yaymışdı. Lakin transfer baş tutmayıb. Onun parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatır.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər