22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qəzza zolağında ölən jurnalistlərin sayı 103-ə çatıb
Tarix: 24-12-2023 17:35 | Bölmə: Karusel

İsrailin Fələstinin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu yana öldürülən jurnalistlərin sayı 103 nəfərə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə anklav hakimiyyət orqanları məlumat yayıb.
Son qurbanlar arasında Əl-Cəzirə (Qətərdən yayımlanan) telekanalında operator işləyən Samer Abu Dakka da var.
O, İsrailin onların çəkiliş qrupunun yerləşdiyi yerə basqını zamanı ağır yaralanıb. Təcili yardım maşını altı saata ona çata bilməyib. Jurnalist dünyasını dəyişib.
Telekanal öz operatorunun İsrail hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı işi Beynəlxalq Cinayət Məhkəməsinə göndərmək niyyətindədir, RİA Novosti xəbər verir.





Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər