22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Atalanta” “Bolonya”ya uduzub, Mirançuk 11 dəqiqə meydanda olub
Tarix: 23-12-2023 22:18 | Bölmə: Karusel

İtaliya A Seriyasının 17-ci turu çərçivəsində səfərdə "Atalanta"nın futbolçuları "Bolonya"ya məğlub olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qalibi müəyyən etmək üçün rəqiblərə bir qol kifayət edib.
Bolonyadakı "Renato Dall'Ara" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qol 86-cı dəqiqədə Lyuis Ferqyusonun topu Berqamasko qapısına göndərməsi ilə vuruldu.
"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk oyuna əvəzedici kimi başlayıb və 85-ci dəqiqədə meydana daxil olub. Ona ayrılan müddət ərzində heç bir təsirli hərəkəti qeydə ala bilməyib.
Keçirilən 17 oyundan sonra "Atalanta" 26 xalla 7-ci pillədə qərarlaşıb. Bolonya 31 xal toplayıb və A Seriyasında 4-cü pilləyə yüksəlib.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər