22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukraynalı teleaparıcı xaricə qaçıb
Tarix: 23-12-2023 09:33 | Bölmə: Karusel

Ukraynanın "Kanal 24"-ün aparıcısı Aleksey Peçiy Avropa İttifaqının Brüssel sammiti başa çatdıqdan sonra Ukraynaya qayıtmamaq qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ukraynalı jurnalistin akkreditasiya aldığı sammit dekabrın 14-dən 15-dək baş tutub. Lakin başa çatdıqdan sonra Aleksey Peçiy geri qayıtmamaq qərarına gəldi.
Telekanalın baş direktoru qeyd edib ki, jurnalistin belə hərəkətindən şoka düşüb və müxbirin özü də hərəkətlərini Qərbdə Ukraynaya münasibətin dəyişməsi ilə şərtləndirib. TASS xəbər verir ki, o, həmçinin bildirib ki, Aİ-də qalaraq Ukrayna gündəliyinin informasiya təbliğatına töhfə vermək istəyir.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər