22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskvaya doğru uçan pilotsuz təyyarə vurulub
Tarix: 22-12-2023 16:26 | Bölmə: Karusel

Ukrayna qüvvələri Moskvaya pilotsuz uçan aparatla hücum etməyə cəhd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxtın meri Sergey Sobyanin bildirib ki, PUA Podolsk yaxınlığında vurulub.
Hava hədəfi dekabrın 22-də günorta saatlarında vurulub. Merin sözlərinə görə, pilotsuz təyyarə Moskvaya doğru uçurdu. Müdafiə Nazirliyi hədəfin saat 14:40-da tutulmasına aydınlıq gətirib.
İlkin məlumatlara görə, pilotsuz təyyarənin dağıntılarının düşdüyü yerdə dağıntı olmayıb və xəsarət alan olmayıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər