22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Velosiped üzrə Avropa çempionatında ruslar iştirak edə bilməyəcək
Tarix: 22-12-2023 15:30 | Bölmə: Karusel

Hollandiya hakimiyyəti rusiyalılara velosiped idmanı üzrə Avropa çempionatında iştirakını qadağan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Aleksandr Kuznetsov məlumat verib.
"Hollandiya hakimiyyəti idmançılarımızın Avropa çempionatında iştirakına qarşı çıxıb. Bu məzmunlu məktub bu gün alınıb. Avropa Velosipedçilər İttifaqının bu qadağa ilə heç bir əlaqəsi yoxdur", - TASS Kuznetsovdan sitat gətirib.
Hollandiyanın Apeldoorn şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək. Müsabiqə 2024-cü il yanvarın 10-dan 14-dək keçiriləcək.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər