22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Qəzza zolağının sakinlərinə 18 ton humanitar yardım çatdırıb
Tarix: 20-12-2023 20:34 | Bölmə: Karusel

Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" xüsusi təyyarəsi Qəzza zolağının sakinləri üçün Misirə 18 ton humanitar yardım çatdırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar departamentinin teleqram kanalında məlumat verilib.
Nəşr yazır ki, “Rusiya xilasediciləri humanitar yardımı Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriblər, yardım Qəzzaya yönəldiləcək”.
Ümumilikdə Rusiya tərəfi 16 reyslə Qəzza sakinlərinə 370 tona yaxın ərzaq, dərman, geyim və digər zəruri əşyalar çatdırıb.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qəzzadan təxliyə edilmiş rusların son qrupunu Moskvanın Domodedovo hava limanına çatdırıb. 3 ay ərzində Fələstin anklavından 1124 Rusiya vətəndaşı təxliyə edilib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər