22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
RFU FİFA zəmanəti olmadan Asiyaya köçmək fikrindən imtina etdi
Tarix: 20-12-2023 15:28 | Bölmə: Karusel

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi 2023-cü ildə yekun iclasını keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada Asiyaya köçmək məsələsi müzakirə olunub.
"Sport Express" xəbər verir ki, icraiyyə komitəsinin bütün üzvləri Beynəlxalq Futbol Federasiyasının zəmanəti olmadan Asiyaya keçidin mənasız olması ilə razılaşıblar. RFU Rusiyanın beynəlxalq yarışlara qaytarılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Ukraynada baş verən hadisələrə görə Rusiya komanda və klubları FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər